Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 1-ci turunun növbəti qarşılaşmaları keçirilib.
Arena.az xəbər verir ki, yeni mövsümün və 1-ci turun ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Rasinq” – “Vilyarreal” matçında qalib müəyyənləşməyib. “Espanyol” isə doğma meydanda “Levante”yə 3 cavabsız qolla qalib gəlib.
1-ci turun qalan görüşləri avqustun 17-də, 25-də, 26-da və 27-də keçiriləcək.
İspaniya, La Liqa
1-ci tur
15 avqust
Alaves – Xetafe 3:0
Sevilya – Rayo Valyekano 2:1
16 avqust
Rasinq – Vilyarreal 2:2
Espanyol – Levante 3:0
17 avqust
23:00. Deportivo – Elçe
23:00. Atletiko – Malaqa
25 avqust
23:00. Valensiya – Betis
26 avqust
23:00. Real – Real Sosyedad
27 avqust
22:30. Selta – Osasuna
23:00. Barselona – Atletik


