La Liqa: “Leqanes” və “Osasuna”dan hərəyə 1 qol, 1 xal

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 30-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Leqanes” doğma meydanda “Osasuna” ilə üz-üzə gəlib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Beləliklə, İspaniya La Liqasının geridə qalmış 30 turundan sonra 67 xal toplamış “Barselona” vahid liderdir. Madrid “Real”ı 63 xalla ikinci, paytaxtın digər təmsilçisi “Atletiko” isə 60 xalla üçüncü pillədə qərarlaşıb. “Atletik” 54, “Vilyarreal” və “Betis” 48, “Selta” 43, “Real Sosyedad” 41, “Rayo Valyekano” və “Malyorka” 40, “Xetafe” 39, “Sevilya” 36, “Osasuna” 35 xal toplayıb.

İspaniya, La Liqa

30-cu tur
4 aprel

Rayo Valyekano – Espanyol 0:4
Qollar: Kabrera, 12. Fernandes, 16. Puado, 72-pen. Milya, 90.

5 aprel

Jirona – Alaves 0:1
Qol: Visente, 61.

Real – Valensiya 1:2
Qollar: Vinisius, 50 – Diakabi, 15. Duro, 90+5.

Malyorka – Selta 1:2
Qollar: Valyent, 17 – A.Qonsales, 53. F.Lopes, 72.

Barselona – Betis 1:1
Qollar: Qavi, 7 – Natan, 17.

6 aprel

Las Palmas – Real Sosyedad 1:3
Qollar: Makbörni, 60 – Oyarsabal, 5. S.Qomes, 56. Aramburu, 68.

Sevilya – Atletiko 1:2
Qollar: Aqume, 7 – X.Alvares, 25-pen. Barrios, 90+3.

Valyadolid – Xetafe 0:4
Qollar: Arambarri, 1. Terrats, 19; 38. Duarte, 80.

Vilyarreal – Atletik 0:0

7 aprel

Leqanes – Osasuna 1:1
Qollar: Raba, 86-pen – Herrando, 49.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: