La Liqa: “Real” “Alaves”i Kamavinqanın qolu ilə yendi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 29-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Osasuna” – “Jirona” matçında meydan sahibləri qələbə qazanıblar. “Betis” – “Vilyarreal” görüşü isə qonaqların qələbəsiylə yekunlaşıb. Dörd qolluq “Atletik” – “Rayo Valyekano” matçında meydan sahibləri inamlı qələbəyə seviniblər. “Alaves”in qonağı olan Madrid “Real”ı da turu qələbə ilə başa vurub.

31-ci tura aprelin 14-də keçiriləcək “Atletiko” – “Valyadolid” oyunu ilə yekun vurulacaq.

İspaniya, La Liqa
31-ci tur

11 aprel

Valensiya – Sevilya 1:0
Qol: Querra, 45+4.

12 aprel

Real Sosyedad – Malyorka 0:2
Qollar: K.Larin, 20. S.Darder, 47.

Xetafe – Las Palmas 1:3
Qollar: Alderete, 19 – F.Silva, 53; 74. Makbörni, 61.

Selta – Espanyol 0:2
Qollar: F.Jaen, 28; 63.

Leqanes – Barselona 0:1
Qol: Saens, 48-öz qapısına.

13 aprel

Osasuna – Jirona 2:1
Qollar: Budimir, 38. İbanes, 79 – Asprilla, 90+6.

Alaves – Real 0:1
Qol: Kamavinqa, 34.

Betis – Vilyarreal 1:2
Qollar: Ruibal, 3 – Barri, 26. A.Peres, 48.

Atletik – Rayo Valyekano 3:1
Qollar: Sanset, 58-pen; 90+4. N.Uilyams, 80 – Siss, 37.

14 aprel

23:00. Atletiko – Valyadolid

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: