Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Real Ovyedo” doğma meydanda “Levante”yə 2 cavabsız qolla uduzub. “Jirona” “Valensiya”nı, “Atletik” isə “Malyorka”nı oxşar hesabla (2:1) məğlub yola salıb. Madrid “Real”ı da bu dəfə evdə “Vilyarreal”ı asanlıqla üstələyib.
Qeyd edək ki, 8-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
İspaniya, La Liqa
8-ci tur
3 oktyabr
Osasuna – Xetafe 2:1
Qollar: Bretones, 45+3. Katena, 90 – Mayoral, 23.
4 oktyabr
Real Ovyedo – Levante 0:2
Qollar: K.Alvares, 30. Etta Eyonq, 72.
Jirona – Valensiya 2:1
Qollar: Vanat, 18. A.Martines, 63 – D.Lopes, 57.
Atletik – Malyorka 2:1
Qollar: İ.Uilyams, 9-pen. Reqo, 82 – S.Kosta, 77.
Real – Vilyarreal 3:1
Qollar: Vinisius, 47; 69-pen. Mbappe, 81 – Mikautadze, 73.
5 oktyabr
16:00. Alaves – Elçe
18:15. Sevilya – Barselona
20:30. Espanyol – Betis
20:30. Real Sosyedad – Rayo Valyekano
23:00. Selta – Atletiko


