Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün sonuncu – 38-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
“Rayo Valyekano” – “Malyorka” matçında qaılara qol vurulmayıb. “Alaves” – “Osasuna” görüşündə də heç-heçə qeydə alınıb. Üç qolun vurulduğu “Xetafe” – “Selta” görüşündə qonaqlar qələbə qazanıblar.
“Espanyol” “Las Palmas”ı, “Leqanes” də “Valyadolid”i məğlub yola salıb. “Real” isə doğma meydanda “Real Sosyedad”ı 2 cavabsız qolla üstələyib.
38-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
İspaniya, La Liqa
38-ci tur
23 may
Betis – Valensiya 1:1
Qollar: Antoni, 40 – R.Mir, 75.
24 may
Real – Real Sosyedad 2:0
Qollar: Mbappe, 38; 83.
Espanyol – Las Palmas 2:0
Qollar: Puado, 65-pen. Milya, 82.
Leqanes – Valyadolid 3:0
Qollar: X.Hernandes, 24. Diomande, 36. X.Krus, 40.
Alaves – Osasuna 1:1
Qollar: Visente, 56-pen – R.Qarsiya, 88.
Xetafe – Selta 1:2
Qollar: Mayoral, 11 – B.İqlesias, 25. Aspas, 80.
Rayo Valyekano – Malyorka 0:0
25 may
16:00. Jirona – Atletiko
18:15. Vilyarreal – Sevilya
23:00. Atletik – Barselona


