La Liqa: “Real”dan “Valyadolid” üzərində inamlı qələbə

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 15-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Kadis” – “Almeriya” və “Selta” – “Sevilya” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Xetafe” doğma meydanda “Malyorka”nı iki cavabsız qolla üstələyib. Səfərdə “Valyadolid”lə qarşılaşan “Real” da 3 xalı iki cavabsız qolla əldə edib.

Turun qalan qarşılaşmaları 2022-ci ilin son günündə keçiriləcək.

İspaniya La Liqası
15-ci tur
29 dekabr

Jirona – Rayo Valyekano 2:2
Qol: Kastelyanos, 34-pen. Says, 75-pen – Kamelyo, 2. Palazon, 62.

Betis – Atletik 0:0

Atletiko – Elçe 2:0
Qol: J.Feliks, 56. Morata, 73.

30 dekabr

Xetafe – Malyorka 2:0
Qol: Mayoral, 51; 78.

Kadis – Almeriya 1:1
Qol: L.Peres, 83 – Melero, 40.

Selta – Sevilya 1:1
Qol: Veyqa, 33 – Salas, 54.

Valyadolid – Real 0:2
Qol: Benzema, 83; 89.

31 dekabr

17:00. Barselona – Espanyol
19:15. Real Sosyedad – Osasuna
19:15. Vilyarreal – Valensiya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: