Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 3-cü turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.
“Kadis” – “Almeriya” matçında qalib müəyyənləşməyib. Beş qolun qeydə alındığı “Qranada” – “Malyorka” matçında meydan sahibləri qələbə qazanıblar. “Sevilya” isə evdə “Jirona”ya məğlub olub.
Turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcələk.
İspaniya, La Liqa
3-cü tur
25 avqust
Las Palmas – Real Sosyedad 0:0
Selta – Real 0:1
Qol: Bellingem, 81.
26 avqust
Kadis – Almeriya 1:1
Qollar: L.Hernandes, 59 – Kayki, 90+5.
Qranada – Malyorka 3:2
Qollar: Rubio, 12. Saraqosa, 46. Uzuni, 70-pen – Kopete, 38. Kosta, 87.
Sevilya – Jirona 1:2
Qollar: Qudel, 45+2 – Y.Herrera, 16. A.Qarsiya, 56.
27 avqust
19:30. Vilyarreal – Barselona
21:30. Valensiya – Osasuna
23:30. Atletik – Betis
28 avqust
21:30. Xetafe – Alaves
23:30. Rayo Valyekano – Atletiko


