La Liqa: Tura qolsuz start

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 32-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Real Sosyedad” doğma meydanda “Betis”lə qarşılaşıb. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

Turun mərkəzi oyununda lider “Real” səfərdə “Sevilya” ilə qarşılaşacaq.

Xavinin baş məşqçi postuna gəlişindən sonra uğurlu qrafik cızan “Barselona” isə bu turda “Kadis”i qonaq edəcək.

İspaniya La Liqası
32-ci tur

15 aprel

Real Sosyedad – Betis 0:0

16 aprel

16:00. Elçe – Mayorka
18:15. Alaves – Rayo Valyekano
20:30. Valensiya – Osasuna
23:00. Xetafe – Vilyarreal

17 aprel

16:00. Qranada – Levante
18:15. Atletiko – Espanyol
20:30. Atletik – Selta
23:00. Sevilya – Real

18 aprel

23:00. Barselona – Kadis

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: