La Liqa: “Valensiya” “Sevilya”nı xalsız yola saldı

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 29-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Valensiya” doğma meydanda “Sevilya” ilə qarşılaşıb. Meydan sahibləri bu oyunda 3 xalı tək qolla qazanıblar.

31-ci turun qalan qarşılaşmaları aprelin 12-də, 13-də və 14-də keçiriləcək.

İspaniya, La Liqa
31-ci tur
11 aprel

Valensiya – Sevilya 1:0
Qol: Querra, 45+4.

12 aprel

16:00. Real Sosyedad – Malyorka
18:15. Xetafe – Las Palmas
20:30. Selta – Espanyol
23:00. Leqanes – Barselona

13 aprel

16:00. Osasuna – Jirona
18:15. Alaves – Real
20:30. Betis – Vilyarreal
23:00. Atletik – Rayo Valyekano

14 aprel

23:00. Atletiko – Valyadolid

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: