Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2021/22 mövsümünün sonuncu turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.
“Valensiya” doğma meydanda “Selta” ilə qarşılaşıb. Meydan sahibləri bu oyunda inamlı qələbəyə sevinib.
Gələn mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqəni La Liqada 2-ci pilləni tutmaqla təmin edən “Barselona”nı bu tur “Kamp Nou”da “Vilyarreal”la qarşılaşma gözləyir. “Atletiko” isə səfərdə “Real Sosyedad”la üz-üzə gələcək.
İspaniya La Liqası
38-ci tur
20 may
Rayo Valyekano – Levante 2:4
Qol: A.Qarsiya, 18. Qvardiola, 61 – Melero, 26; 45+1. Marti, 44. Koke, 76.
Real – Betis 0:0
21 may
Valensiya – Selta 2:0
Qol: M.Qomes, 28. Arauxo, 60-öz qapısına.
22 may
19:30. Elçe – Xetafe
22:00. Alaves – Kadis
22:00. Qranada – Espanyol
22:00. Osasuna – Mayorka
00:00. Barselona – Vilyarreal
00:00. Real Sosyedad – Atletiko
00:00. Sevilya – Atletik


