La Liqa: “Vilyarreal” “Real”ı məğlub yola saldı

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 16-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Espanyol” – “Jirona” matçında qalib müəyyənləşməyib. “Malyorka” “Valyadolid”lə ev oyununda 3 xalı tək qolla qazanıb. Səfərdə “Vilyarreal”la qarşılaşan Madrid “Real”ı isə turu məğlubiyyətlə başa vurub.

16-cı turun qalan qarşılaşmaları 8 və 9 yanvarda keçiriləcək.

İspaniya La Liqası
16-cı tur
6 yanvar

Elçe – Selta 0:1
Qol: Aspas, 5.

Valensiya – Kadis 0:1
Qol: Alkaras, 9.

7 yanvar

Vilyarreal – Real 2:1
Qol: Pino, 47. Moreno, 63-pen – Benzema, 60-pen.

Malyorka – Valyadolid 1:0
Qol: Prats, 90+4.

Espanyol – Jirona 2:2
Qol: Puado, 51. Xoselu, 76 – T.Vilya, 32. Y.Herrera, 85.

8 yanvar

17:00. Almeriya – Real Sosyedad
19:15. Rayo Valyekano – Betis
21:30. Sevilya – Xetafe
00:00. Atletiko – Barselona

9 yanvar

00:00. Atletik – Osasuna

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: