Lamburd skuterlə törətdiyi qəzaya görə şərti həbs cəzası aldı

“Renn”in 18 yaşlı hücumçusu Matis Lamburd elektrik skuteri ilə törətdiyi yol qəzasına görə 2 illik şərti həbs cəzasına məhkum edilib.

Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, Lamburd ötən ilin iyununda ticarət mərkəzində 51 yaşlı qadını elektrik skuter ilə vurmuş, zərərçəkmiş isə hadisədən 6 gün sonra dünyasını dəyişmişdi.

Mənbənin məlumatına görə, məhkəmə Lamburdun sınaq müddətinin 5 il olmasına qərar verib. Futbolçuya qarşı, mərhum qadının ailəsinə verməyə mükəlləf ediləcəyi təzminatın məbləğini müəyyən edəcək mülki iddia da qaldırılacağı vurğulanır.

Xəbəri sosial şəbəkələrdə paylaş: