Lamin Yamal futbol tarixinin ən bahalı 16 yaşlı futbolçusudur

“Barselona”nın və İspaniya yığmasının mərakeşəsilli hücumçusu Lamin Yamal futbol tarixinin ən bahalı 16 yaşlı oyunçudur.

Arena.az bu barədə “Transfermarkt” internet-portalına istinadən məlumat verir.

Cümə günü, oktyabrın 13-də “Transfermarkt” Yamalın bazar qiymətini yeniləyib. İndi gənc istedad 50 milyon avro məbləğində qiymətləndirilir. Bu, Yamalın əvvəlki qiyməti (25 milyon avro) ilə müqayisədə ikiqat artım deməkdir. Vurğulayaq ki, bu qədər gənc yaşda heç kim bu qiymət həddinə çata bilməyib.

Lamin Yamal “Barselona”nın yetirməsidir və 2022/2023 mövsümündən Kataloniya klubunun əsas komandasında çıxış edir. Cari mövsümdə Yamal “Barselona”nın heyətində 11 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 2 oyun keçirib, 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: