“Barselona”nın 16 yaşlı ispaniyalı sağ vingeri Lamin Yamal iyun ayında “Golden Boy” mükafatına namizədlərin siyahısına başçılıq edir.
Arena.az xəbər verir ki, bu barədə “Golden Boy” mükafatının rəsmi “X” sosial şəbəkə hesabı məlumat paylaşıb.
Bu mükafatına namizədlərin indeksləri üzrə ilk onluğunu təqdim edirik:
- Lamin Yamal (“Barselona”, İspaniya) — 93,6;
- Juan Neviş (“Benfika”, Portuqaliya) — 93,4;
- Alexandro Qarnaço (“Mançester Yunayted”, İngiltərə) — 90,8;
- Uorren Zair-Emeri (PSJ, Fransa) — 89,6;
- Leni Yoro (“Lill”, Fransa) — 86,7;
- Savio (“Jirona”, İspaniya) — 84,1;
- Kobi Maynu (“Mançester Yunayted”, İngiltərə) — 83,8;
- Pau Kubarsi (“Barselona”, İspaniya) — 82,9;
- Aleksandar Pavloviç (“Bayern”, Almaniya) — 82,7;
- Riko Lyuis (“Mançester Siti”, İngiltərə) — 82,1.
Xatırladaq ki, “Golden Boy” Avropada 21 yaşadək ən yaxşı oyunçuya təqdim edilən mükafatdır.


