“Barselona” və İspaniya millisinin hücumçusu Lamin Yamal “Qızıl top” mükafatının əsas favoritlərindən biri olduğunu düşünür.
Arena.az xəbər verir ki, 19 yaşlı futbolçu bu barədə “Movistar”a açıqlamasında danışıb.
Yamal daha əvvəl mövsümün ən yaxşı futbolçusuna təqdim olunan “Qızıl top” mükafatına namizəd olan 30 futbolçunun siyahısına daxil edilib.
“Hazırda mənim üçün dünyada iki ən yaxşı futbolçu var: mən və Fransa millisinin və İspaniyanın “Real” klubunun hücumçusu Kilian Mbappe. Düşünürəm ki, dünyanın ən yaxşı futbolçusu adına ikimiz namizədik. Mən bu il qazandığım bütün titullara görə bu mükafata layiq olduğumu düşünürəm. Bu mənim üçün aydındır və oyunları izləyən hər kəs bunu bilir”, – deyə Yamal bildirib.
Lamin Yamal 2026-cı ildə “Barselona” ilə İspaniya çempionu olub və İspaniya Super Kubokunu qazanıb. O, həmçinin İspaniya millisinin heyətində dünya çempionu (DÇ-2026) tituluna yiyələnib.


