Argentina millisinin və MLS təmsilçisi “İnter Mayami”nin superulduzu Lionel Messi azərbaycanlı iş adamı Adnan Əhmədzadə ilə fotosunu yayıb.
Arena.az xəbər verir ki, 36 yaşlı futbolçu bu barədə özünün “İnstagram” hesabında paylaşım edib.
Futbolçu iş adamını evində qonaq edib. Görüşdə Messi və Əhmədzadənin xanımları da iştirak ediblər.
Eyni zamanda Lionel Messinin həyat yoldaşı Antonella Rokutsa da görüş barədə özünün “İnstagram” hesabında paylaşım edib.
Xatırladaq ki, həmyerlimiz Messinin doğum günündə də iştirak etmişdi. Adnan Əhmədzadə futbolçuya Azərbaycan xalçası hədiyyə etmişdi. O, son illərdə superulduzla tez-tez belə görüşlər keçirir.
Lionel Messi bu ilin yayından ABŞ klubu “İnter Mayami”də forma geyinir. Son həftələrdə zədə səbəbindən oynamayan ulduz futbolçunun dəqiq nə vaxt sıraya dönəcəyi bilinmir.


