Lionel Messi cərimə zərbəsindən 50-ci qolunu vurdu

Futbol üzrə İspaniya La Liqasının 34-cü turunun “Valensiya” ilə səfər oyunu “Barselona”nın hücumçusu Lionel Messi üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Valensiyadakı “Mestalya” stadionunda keçirilən görüş qonaqların 3:2 hesabla qələbəsi ilə bitib.

Messi komandasının bu qələbəsinə dublla töhfə verib. Argentinalı hücumçu qollardan birini cərimə zərbəsindən vurub. Bununla o, karyerasında cərimə zərbəsindən vurduğu qolların sayını 50-yə çatdırıb.

Lionel Messi İspaniya çempionatının cari mövsümündə 32 oyuna çıxıb. O, bu oyunlarda 28 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: