Lionel Messi daha bir rekorda imza atdı

İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi yeni rekorda imza atıb.

Arena.az xəbər verir ki, argentinalı futbolçu buna ötən gecə “Atletik”ə qarşı keçirdikləri İspaniya kubokunun final oyununda nail olub.

Komandasının 4:0 hesabıyla qalib gəldiyi sözügedən görüşdə Messi dubla imza atıb. Bununla da o, İspaniya kubokunun finallarında vurduğu qolların sayını 9-a çatdırıb. Argentinalı futbolçu buna 10 oyunda nail olub. Nəticədə Lionel “Atletik”in əfsanəsi Telmo Sarrunu (8 qol) geridə qoyub.

Qeyd edək ki, Messi eyni zamanda bu mövsüm vurduğu qolların sayını 31-ə yüksəldib və ardıcıl 13 mövsümdə 30 qol səddini keçib.

Yeri gəlmişkən, bu, Messi üçün ümumilikdə 35-ci titul olub. 34 yaşlı oyunçu 10 dəfə İspaniya çempionu, 8 dəfə ölkə Super kuboku, 7 dəfə Kral Kuboku, 4 dəfə Çempionlar Liqası, 3 dəfə UEFA Super Kubokunun qalibi və 3 dəfə klublararası dünya çempionu olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: