Lionel Messi oyunlar öncəsi dinlədiyi musiqi siyahısını dərc etdi

“İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi “Apple” şirkəti ilə əməkdaşlıq çərçivəsində öz musiqi siyahısını dərc edib.

Arena.az məlumat verir ki, “Leo” bu siyahıda yer almış bəstələri oyunlar öncəsi dinləyərək, zövq alır.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Argentinalı ulduzun “vağlar”la müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Cari mövsümdə argentinalı hücumçu “İnter Mayami”in heyətində ilk oyununu keçirib və 1 məhsuldar ötürmə ilə fərqlənib. O, MLS təmsilçisində bütövlükdə 15 rəsmi oyuna çıxıb, 11 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Ötən il oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: