Lionel Messinin bu heykəlciyi tarixən ən çox satılan fiqurlardır

Lionel Messinin böyük təbii ehtiyacını ödəyən surətdə “Caganer” şirkəti tərəfindən hazırlanmış fiqurları tarixən ən çox satılan fiqurlardır.

Arena.az məlumat verir ki, Argentina yığmasının və “İnter Mayami”nin hücumçusu Lionel Messinin tumanı aşağı çəkilmiş halda təbii ehtiyacını ödəyən surətdə hazırlanmış heykəlcikləri, 31 illik tarixi ərzində məşhurların özünəməxsus Kataloniya kukla heykəlciklərini istehsal edən “Caganer” şirkətinin tarixində ən çox satılan heykəlciklər olub.

Bu fiqurların satışının artmasına Argentina yığmasının 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında qələbəsi böyük təkan verib. Bu müddət ərzində şirkət Messinin həm yaşla bağlı fiziki dəyişikliklərini əks etdirən, həm də oyunçunun oynadığı komandanın köynəklərində altıya qədər seçimini hazırlayıb.

Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu təcrübəli futbolçu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Messi “İnter Mayami”nin heyətində 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunun qalibi olub.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Xatırladaq ki, oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: