Kenan Yıldız əməliyyat olundu

Futbol üzrə Türkiyə milli komandasının və İtaliyanın “Yuventus” klubunun cinah hücumçusu Kenan Yıldız əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu A Seriyasının 1-ci turunda “Frozinone” ilə matçda (1:0) sıradan çıxmışdı. Onun sol ayağının pəncəsində sınıq aşkarlanmışdı. Almaniyada baş tutmuş əməliyyat uğurlu alınıb. Futbolçunun bərpa müddətinin təxminən 3 ay çəkəcəyi gözlənilir.

Xatırladaq ki, Kenan Yıldız Almaniyanın “Bayern” klubunun yetirməsidir. Türk futbolçu “Yuventus”a 2022-ci ilin iyul ayında azad agent qismində qoşulub. 2023-cü ildən Turin təmsilçisinin əsas komandasına cəlb edilmiş türk hücumçu meydana çıxdığı 132 oyunda 27 qola imza atıb, 21 məhsuldar ötürmə verib.

Yıldız 2023-cü ilin oktyabr ayında debüt etdiyi Türkiyə milli komandasında 31 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 21 yaşlı türk hücumçunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: