“Qaziantep” Radoyla vidalaşdı – Super Liqada ilk istefa

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Qaziantep” klubu əsas komandanın baş məşqçisi Mirel Radoy ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bununla da Türkiyə Super Liqasında mövsümün ilk baş məşqçi ayrılığı baş verib.

Klubun rəsmi açıqlamasında Radoy ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verildiyi bildirilib.

Super Liqa təmsilçisi Radoy və məşqçilər heyətinə klubda gördükləri iş və verdikləri töhfəyə görə təşəkkür edib, karyeralarının növbəti mərhələsində uğurlar arzulayıb.

Radoy ötən mövsüm “Qaziantep”lə anlaşmışdı. Rumıniyalı mütəxəssis komandanın başında ümumilikdə 7 oyuna çıxıb. Bu görüşlərdə 1 qələbə, 1 heç-heçə və 5 məğlubiyyət qeydə alınıb.

Sözügedən komanda cari Super Liqa mövsümündə isə 3 turdan sonra 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə 4 xal toplayıb. Komanda turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: