Futbol üzrə Fransa millisinin və PSJ-nin cinah hücumçusu Bradli Barkola bundan sonra “Liverpul”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
“Liverpu” bu transfer üçün PSJ-yə 125 milyon avro ödəyib. 23 yaşlı vingerlə uzunmüddətli müqavilə imzalansa da, detallar barədə məlumat verilməyib.
Xatırladaq ki, Bradli Barkola peşəkar karyerasına Lion “Olimpik”ində başlayıb. O, 2023-cü ildə 45 milyon avro müqavilndə PSJ-yə keçmişdi. Fransalı futbolçu Paris komandasının heyətində 152 oyuna çıxıb, 39 qol vurub, 37 məhsuldar ötürmə müəllifi olub.
Barkola PSJ-nin heyətində demək olar ki, bütün klub turnirlərinin qalibi olub.
Bradli 2024-cü ildə debüt etdiyi Fransa yığmasının heyətində 28 oyuna çıxıb, 6 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 23 yaşlı vingerin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.


