Azərbaycan Premyer Liqasının 3-cü turunun “Sumqayıt” – “Qarabağ” matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatdı.
Arena.az Sumqayıtda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası
3-cü tur
31 avqust
“Sumqayıt” – “Qarabağ” 0:1
Qol: Jali Muaddib, 45-pen.
Sarı vərəqələr: Rüstəm Əhmədzadə, 77 (qeyri-idman hərəkəti) – Samuel Lobato, 25 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Kadi Borqes, 31 (təcavüzkar davranış).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 20:15. “Sumqayıt Arena”, 1350 tamaşaçı.
Baş hakim: Fərid Hacıyev.
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Eyyub İbrahimov.
Dördüncü hakim: Əkbər Əhmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Sumqayıt: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi (k) (20. Ayxan Süleymanlı, 88), 17. Nihad Əhmədzadə, 75. Nadir Orucov (21. Tiaqo Almeyda, 60), 9. Jeam Oliveyra, 4. İsa Suliman, 42. Sedrik Badolo, 10. Ronaldo Vaskes (7. Rüstəm Əhmədzadə, 60), 11. Aleksa Yankoviç (29. Emil Mustafayev, 76), 55. Lukas Blek, 5. Renan Santana (80. Keffel Resende, 76).
Ehtiyat oyunçular: 12. Aftandil Arixov, 34. Ülvi Abbaslı, 97. Vüsal Paşayev.
Baş məşqçi: Filipe Kandido.
Qarabağ: 99. Mateus Koxalski, 22. Musa Qurbanlı (21. Aleksey Kaşuk, 61), 20. Kadi Borges (k), 2. Mateus Silva, 5. Bruno Lanqa, 25. Cebrail Makreçkis, 19. Taofik İsmail (55. Bədavi Hüseynov, 80), 7. Jali Muaddib, 35. Pedro Bikalyo, 88. Samuel Lobato (8. Marko Yankoviç, 46), 4. Bense Varkonyi.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov, 10. Xoni Montiel, 11. Reda Xadra, 33. Dieqo Rosa.
Baş məşqçi: Qurban Qurbanov.


