Liqa 1 də Super Liqa ilə bağlı mövqeyini açıqladı

Fransa Peşəkar Liqası (Liqa 1) Avropa Məhkəməsinin Avropa Super Liqası və UEFA ilə bağlı qərarına dair rəsmi açıqlama verib.

Arena.az xatırladır ki, bu gün Avropa Məhkəməsi FIFA və UEFA-nın yeni turnirin keçirilməsini qadağan edən fəaliyyətlərini qanunsuz kimi tanıyıb.

“Peşəkar Futbol Liqası UEFA-nın təşkil etdiyi yarışları qeyd-şərtsiz dəstəkləyir. 60 ildən artıqdır təşkil edilən avrokubokların qanuniliyini, nüfuzunu və izzətini heç nə əvəz edə bilməz.
Biz idmanımızın təşkilinə rəhbərlik etməli olan idman ləyaqəti prinsiplərinə çox bağlıyıq: həm Avropa yarışlarına vəsiqə məzmununda, həm də daha ümumən yüksəlmə/düşmə prinsiplərinə.

Əgər futbol hazırda dünyanın ən böyük idman növüdürsə, bu, məhz ona görədir ki, o, sadə, başa düşülən və şəffaf yarışlar üçün zəmin yarada bilib. Hər kəsə “arzu etmək” hüququ və idman piramidasının zirvəsinə çatmaq imkanı verən bu qeyri-maddi prinsipə heç nə zidd ola bilməz”, – liqanın prezidenti Vensan Labryun rəsmi açıqlamasında bildirib.

Xatırladaq ki, üç liqaya bölünəcək Super Liqada 64 klub iştirak edəcək. Bütün liqalarda yarışlar iki mərhələdə keçiriləcək – “liqa mərhələsi” və “pley-off mərhələsi”. Yeni turnirin ilkin olaraq 2025-ci ildə başlaması planlaşdırılır. Hazırda Super Liqada cəmi iki iştirakçı var – “Real” və “Barselona”. Bu iki İspaniya nəhəngi Super Liqa ideyasının əsas mənbəyidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: