Liqa 1: “Lans” Lionda 3 xalı 3 cavabsız qolla qazandı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 24-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Monpelye” – “Strasburq” matçında qalib müəyyənləşməyib.

“Tuluza” doğma meydanda “Nitsa”ya, “Brest” “Havr”a qalib gəlib.

“Nant” “Mets”lə, “Renn” də “Loryan”la ev oyunundan məğlubiyyətlə ayrılıb.

Lion “Olimpik”i isə “Lans”la ev oyununda darmadağına üzülüb.

Beləliklə, 24 turdan sonra 55 xala malik PSJ vahid liderdir. “Brest” 46 xalla 2-ci, “Monako” 42 xalla 3-cü, “Lill” 41 xalla 4-cü, “Nitsa” 40 xalla 5-ci, “Lans” 39 xalla 6-cı pillədə qərarlaşıb.

Marsel “Olimpik”i 36, “Renn” 35, “Reyms” 34, “Tuluza” 29, Lion “Olimpik”i 28, “Strasburq” 26, “Loryan” və “Nant” 25, “Havr” 24 xal toplayıb.

Fransa, Liqa 1
24-cü tur
1 mart

Monako – PSJ 0:0

2 mart

Reyms – Lill 0:1
Qol: David, 56.

Klermon – Olimpik (Marsel) 1:5
Qollar: Butobba, 53 – Ndiaye, 23. Obameyanq, 59. Klauss, 67. L.Enrike, 80. Mumbaqna, 90+1.

3 mart

Tuluza – Nitsa 2:1
Qollar: Dallinqa, 65. Qboho, 69 – Moffi, 8.

Brest – Havr 1:0
Qol: Melu, 34.

Monpelye – Strasburq 2:2
Qollar: Nordin, 71; 87 – Diarra, 47-pen. Emeqa, 83.

Nant – Mets 0:2
Qollar: Mikautadze, 58-pen. Udol, 60.

Renn – Loryan 1:2
Qollar: Quiri, 90+3 – Bamba, 59. Krupi, 90.

Olimpik (Lion) – Lans 0:3
Qollar: Sotoka, 43. Vahi, 53. Danso, 87.