Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma baş tutub.
“Nitsa” – “Leman” matçında qalib müəyyənləşməyib. Komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Lans” doğma meydanda “Loryan”a, “Havr” isə “Brest”ə məğlub olub.
Qeyd edək ki, 3-cü turun qalan görüşləri sentyabrın 6-da keçiriləcək.
Fransa, Liqa 1
3-cü tur
3 sentyabr
Tuluza – Lill 0:1
4 sentyabr
Olimpik (Lion) – Oser 3:1
PSJ – Monako 1:2
5 sentyabr
Lans – Loryan 0:1
Havr – Brest 1:2
Nitsa – Leman 1:1
6 sentyabr
17:00. Trua – Strasburq
19:15. Anje – Renn
22:45. Olimpik (Marsel) – Paris


