Liqa 1: “Lans” “Mets”ə evdə uduzdu

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Renn” – “Lill” matçında qalib müəyyənləşməyib. “Lans” isə doğma meydanda “Mets”ə minimal hesabla məğlub olub.

5-ci turun qalan oyunları bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
5-ci tur
15 sentyabr

PSJ – Nitsa 2:3
Qollar: Mbappe, 29; 87 – Moffi, 21; 69. Laborde, 53.

16 sentyabr

Renn – Lill 2:2
Qollar: Assinyon, 74. Salah, 89 – Yoro, 33. Diakite, 62.

Lans – Mets 0:1
Qol: Asoro, 37.

17 sentyabr

15:00. Loryan – Monako
17:00. Klermon – Nant
17:00. Reyms – Brest
17:00. Strasburq – Monpelye
19:05. Olimpik (Marsel) – Tuluza
22:45. Olimpik (Lion) – Havr

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: