Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Brest” – “Tuluza” matçında qalib müəyyənləşməyib. Lion “Olimpik”i ilə “Havr” arasındakı görüşdə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Strasburq” “Lans”ı xalsız yola salıb. “Oser” evdə “Anje”yə, “Loryan” isə “Trua”ya məğlub olub.
2-ci turun qalan görüşləri avqustun 29-da və 30-da keçiriləcək.
Fransa, Liqa 1
2-ci tur
28 avqust
Lill – PSJ 2:2
29 avqust
Strasburq – Lans 2:1
Oser – Anje 1:3
Brest – Tuluza 2:2
Loryan – Trua 1:2
Olimpik (Lion) – Havr 1:1
30 avqust
17:00. Paris – Nitsa
19:15. Renn – Leman
22:45. Monako – Olimpik (Marsel)


