Liqa 1: “Lans” və “Nant” doğma meydanda qalib gəldi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 14-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Lans” – “Olimpik” (Lion) matçında meydan sahibləri qələbə qazanıblar. “Nant” da “Nitsa”nı məğlub yola salıb.

14-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
14-cü tur
1 dekabr

Reyms – Strasburq 2:1
Qollar: Riçardson, 10. Darami, 42 – Qameyro, 88-pen.

2 dekabr

Lans – Olimpik (Lion) 3:2
Qollar: Said, 26. Frankovski, 52-pen; 74 – Obrayn, 15; 72.

Nant – Nitsa 1:0
Qol: Molle, 25.

3 dekabr

16:00. Havr – PSJ
18:00. Brest – Klermon
18:00. Monako – Monpelye
18:00. Tuluza – Loryan
20:05. Lill – Mets
23:45. Olimpik (Marsel) – Renn

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: