Liqa 1: “Lill” “Lans”ı xalsız yola saldı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 27-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Lill” doğma meydanda “Lans”la qarşılaşıb. Üç qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə qazanıblar.

27-ci turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
27-ci tur
29 mart

Lill – Lans 2:1
Qollar: Jeqrova, 9; 60 – Vahi, 78.

30 mart

20:00. Mets – Monako
00:00. Olimpik (Lion) – Reyms

31 mart

15:00. Loryan – Brest
17:00. Klermon – Tuluza
17:00. Havr – Monpelye
17:00. Nitsa – Nant
19:05. Strasburq – Renn
22:45. Olimpik (Marsel) – PSJ