Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 28-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Lill” doğma meydanda Marsel “Olimpik”i ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı oyun meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.
28-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
28-ci tur
5 aprel
Lill – Olimpik (Marsel) 3:1
Qollar: David, 54-pen. Kabelya, 71. Qudmundsson, 84 – İsmaili, 81-öz qapısına.
6 aprel
19:00. Lans – Havr
23:00. PSJ – Klermon
7 aprel
15:00. Brest – Mets
17:00. Monpelye – Loryan
17:00. Reyms – Nitsa
17:00. Tuluza – Strasburq
19:05. Monako – Renn
22:45. Nant – Olimpik (Lion)


