Liqa 1: “Lill” “Reyms”ə doğma meydanda uduzdu

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 6-cı turunun sonuncu oyunu keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış oyununda “Lill” doğma meydanda “Reyms”lə münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı bu görüş qonaq komandanın qələbəsiylə yekunlaşıb.

Beləliklə, 6 turdan sonra 13 xala malik “Brest” vahid liderdir. “Nitsa” 12 xalla ikinci pillədə qərarlaşıb. PSJ və “Monako”nun 11, “Reyms” və “Strasburq”un 10 xalı var. “Havr” və “Olimpik” (Marsel) 9, “Renn”, “Nant”, “Lill” və “Mets” 8, “Monpelye”, “Loryan” və “Tuluza” 6, “Lans” 4, Lion “Olimpik”i 2 xal toplayıb. Cəmi 1 xalı olan “Klermon” isə sonuncu pillədə qərarlaşıb.

Fransa, Liqa 1
6-cı tur
22 sentyabr

Monako – Nitsa 0:1
Qol: Boqa, 90+1.

23 sentyabr

Nant – Loryan 5:3
Qollar: Abline, 42. E.Comer, 46. M.Məhəmmədov, 55. Molle, 83. Simon, 90+8-pen – Krupi, 6. Favr, 75. Tosin, 85.

Brest – Olimpik (Lion) 1:0
Qol: Munye, 87.

24 sentyabr

Mets – Strasburq 0:1
Qol: Diarra, 83.

Havr – Klermon 2:1
Qollar: Aliui, 4. Bayo, 7 – Konate, 45+1.

Lans – Tuluza 2:1
Qollar: Said, 45+1. Gilavoqi, 84 – Pina, 33.

Monpelye – Renn 0:0

PSJ – Olimpik (Marsel) 4:0
Qollar: Hakimi, 8. Muani, 37. Q.Ramos, 47; 89.

26 sentyabr

Lill – Reyms 1:2
Qollar: B.Andre, 80 – Darami, 12. Nakamura, 16.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: