Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2022/2023 mövsümünün 36-cı turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında Lion “Olimpik”i doğma meydanda “Monako” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin əzmkar və inamlı qələbəsiylə yekunlaşıb.
36-cı turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
36-cı tur
19 may
Olimpik (Lion) – Monako 3:1
Qol: Lakazette, 38. Kakre, 57. Çerki, 78 – Ben Yedder, 2-pen.
20 may
19:00. Nant – Monpelye
23:00. Lill – Olimpik (Marsel)
21 may
15:00. Ayaçço – Renn
17:00. Brest – Klermon
17:00. Nitsa – Tuluza
17:00. Reyms – Anje
17:00. Trua – Strasburq
19:05. Loryan – Lans
22:45. Oser – PSJ