Bu gün futbol üzrə Fransa çemionatında (Liqa 1) 2023/2024 mövsümünün 22-ci turunun qarşılaşmalarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında Lion “Olimpik”i doğma meydanda ikinci pillədə qərarlaşmış “Nitsa” ilə üz-üzə gəlib. Lionlular bu görüşdən də qalib ayrılıblar. Bu, uğursuz mövsüm keçirən “Olimpik”in ardıcıl üçüncü qələbəsidir. Sözügedən komanda artıq 25 xalla 11-ci pilləyə yüksəlib.
22-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
22-ci tur
16 fevral
Olimpik (Lion) – Nitsa 1:0
Qol: Manqala, 22.
17 fevral
20:00. Lill – Havr
00:00. Nant – PSJ
18 fevral
16:00. Strasburq – Loryan
18:00. Monako – Tuluza
18:00. Monpelye – Mets
18:00. Renn – Klermon
20:05. Reyms – Lans
23:45. Brest – Olimpik (Marsel)


