Liqa 1: Lion “Olimpik”i PSJ-yə böyük hesabla uduzdu

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Tuluza” – “Olimpik” (Marsel) oyununda qalib müəyyənləşməyib.

“Havr” evdə “Mets”ə, “Reyms” “Monpelye”yə məğlub olub. “Brest”in qonağı olan “Monako” da turu inamlı qələbə ilə başa vurub.

“Lill” “Strasburq”u xalsız yola salıb. Turun qapanış matçında lider PSJ doğma meydanda Lion “Olimpik”i ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı matçda Paris təmsilçisi darmadağına sevinib.

Bu qələbədən sonra PSJ 66 xalla vahid liderdir. “Monako” 55 xalla 2-ci sıraya yüksəlib. Ardıcıl ikinci məğlubiyyətinə üzülmüş “Brest” isə 53 xalla üçüncü pillədə qərarlaşıb. “Lill” 52, “Nitsa” 47, “Lans” 46, “Renn” 42, Lion “Olimpik”i 41, Marsel “Olimpik”i və “Reyms” isə 40 xal toplayıblar.

Fransa, Liqa 1
30-cu tur
19 aprel

Nitsa – Loryan 3:0
Qollar: Sanson, 22. Boqa, 53. Gessan, 89.

20 aprel

Nant – Renn 0:3
Qollar: Kalimuendo, 67. Buriqe, 76. Quiri, 90+1.

Lans – Klermon 1:0
Qol: Sotoka, 3-pen.

21 aprel

Havr – Mets 0:1
Qol: Mikautadze, 46.

Lill – Strasburq 1:0
Qol: David, 12.

Reyms – Monpelye 1:2
Qollar: Aqbadu, 66 – Saqnan, 26. Əl-Tamari, 86.

Brest – Monako 0:2
Qollar: Zakariya, 40. Minamino, 48.

Tuluza – Olimpik (Marsel) 2:2
Qollar: Nikolaysen, 45+1. Qboho, 82 – Onana, 38. Mumbaqna, 90+5.

PSJ – Olimpik (Lion) 4:1
Qollar: Matiç, 3-öz qapısına. Beraldo, 6. Q.Ramos, 32; 42 – Nuama, 37.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: