Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Səfərdə “Loryan”la qarşılaşan Lion “Olimpik”i 2 cavabsız qolla qalib gəlib.
“Lans” isə doğma meydanda “Brest”i minimal hesabla üstələyib.
25-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
25-ci tur
8 mart
Nitsa – Monpelye 1:2
Qollar: Boqa, 12 – Todibo, 10-öz qapısına. Savanye, 42-pen.
9 mart
Loryan – Olimpik (Lion) 0:2
Qollar: Talyafiko, 52. Balde, 64.
Lans – Brest 1:0
Qol: Aquilar, 32.
10 mart
16:00. PSJ – Reyms
18:00. Havr – Tuluza
18:00. Mets Klermon
18:00. Strasburq – Monako
20:05. Lill – Renn
23:45. Olimpik (Marsel) – Nant


