Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 1-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
Baş tutan altı qarşılaşmanın hər biri məhsuldar alınıb. “Brest” “Lans”ı, “Renn” “Mets”i məğlub yola salıb. “Strasburq”un qonağı olan Lion “Olimpik”i də ilk turda xalsız qalıb.
“Monako” səfərdə “Klermon”a, “Tuluza” isə “Nant”a qalib gəlib. Dörd qolun qeydə alındığı “Monpelye” – “Havr” matçı isə heç-heçə başa çatıb.
Fransa, Liqa 1
1-ci tur
11 avqust
Nitsa – Lill 1:1
Qollar: Labord, 19 – Diakite, 90+4.
12 avqust
Olimpik (Marsel) – Reyms 2:1
Qollar: Unahi, 23. Vitinya, 73 – İto, 10.
PSJ – Loryan 0:0
13 avqust
Brest – Lans 3:2
Qollar: Del Kastilyo, 45+1; 87-pen. Lala, 56 – Sotoka, 11. Maşado, 22.
Klermon – Monako 2:4
Qollar: Viteska, 7. Çam, 53 – Vanderson, 26. Ben Yedder, 43; 70. Akliuş, 90+2.
Monpelye – Havr 2:2
Qollar: Adams, 58; 60 – Lyoris, 6. Qrandsir, 90.
Nant – Tuluza 1:2
Qollar: M.Məhəmməd, 13-pen – Abuxlal, 62. Nikolaysen, 90+1.
Renn – Mets 5:1
Qollar: Kalimuendo, 20. Quiri, 51. Doku, 67. İ.Salah, 87; 90+3 – Y.Maziz, 21.
Strasburq – Olimpik (Lion) 2:1
Qollar: Belleqarde, 63. Motiba, 75 – Talyafiko, 88.


