Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2022/2023 mövsümünün 34-cü turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə yeddi qarşılaşma baş tutub.
“Ayaçço” – “Tuluza” matçında qapılara qol vurulmayıb. “Oser” – “Klermon” matçında da qalib müəyyənləşməyib.
“Monako” səfərdə “Anje”yə qalib gəlibsə, “Loryan” “Brest”i məğlub yola salıb. “Nant” isə doğma meydanda “Strasburq”a 2 cavabsız qolla uduzub.
Lion “Olimpik”i “Monpelye”ni qəbul edib. 9 qolun qeydə alındığı, iki futbolçunun pokerə imza atdığı bu qarşılaşmada qələbəni meydan sahibləri bayram ediblər.
Lider PSJ isə səfərdə “Trua” ilə münasibətlərinə aydınlıq gətirib. Paris təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.
Beləliklə, 34 turdan sonra 78 xala malik PSJ vahid liderdir. “Lans” 72 xalla ikinci, Marsel “Olimpik”i isə 70 xalla üçüncü pillədə qərarlaşıb. “Monako”nun 64, “Lill”in 59, “Renn” və Lion “Olimpik”inin 56, “Nitsa” və “Loryan”ın 51, “Reyms” və “Klermon”un 50 xalı var.
Fransa, Liqa 1
34-cü tur
6 may
Nitsa – Renn 2:1
Qol: Laborde, 50. Moffi, 72 – Buriqe, 78.
Reyms – Lill 1:0
Qol: Munetsi, 21.
Lans – Olimpik (Marsel) 2:1
Qol: Fofana, 42. Openda, 60 – Payet, 88.
7 may
Anje – Monako 1:2
Qol: Sima, 64 – Qolovin, 45. Boadu, 60.
Ayaçço – Tuluza 0:0
Oser – Klermon 1:1
Qol: Ture, 36 – Xaui, 54.
Loryan – Brest 2:1
Qol: Kone, 32; 51 – Del Kastilyo, 69-pen.
Nant – Strasburq 0:2
Qol: Diallo, 27. Diarra, 47.
Olimpik (Lion) – Monpelye 5:4
Qol: Lakasette, 31; 59; 82; 90+9. Lovren, 70 – Vahi, 40; 41; 53; 55.
Trua – PSJ 1:3
Qol: Şavalerin, 83 – Mbappe, 8. Vitinya, 59. F.Ruis, 86.


