Liqa 1: Marsel “Olimpik”i “Lans”a, “Lill” “Reyms”ə uduzdu

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2022/2023 mövsümünün 34-cü turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Reyms” doğma meydanda “Lill”i yeganə qol sayəsində məğlub edib. Üç qolun qeydə alındığı “Nitsa” – “Renn” matçında da meydan sahibləri qələbə qazanıblar.

Günün son matçında “Lans” ilə Marsel “Olimpik”i üz-üzə gəlib. Marsel təmsilçisi bu oyundan məğlub ayrılıb.

34-cü turun qalan qarşılaşmaları bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
34-cü tur
6 may

Nitsa – Renn 2:1
Qol: Laborde, 50. Moffi, 72 – Buriqe, 78.

Reyms – Lill 1:0
Qol: Munetsi, 21.

Lans – Olimpik (Marsel) 2:1
Qol: Fofana, 42. Openda, 60 – Payet, 88.

7 may

15:00. Anje – Monako
17:00. Ayaçço – Tuluza
17:00. Oser – Klermon
17:00. Loryan – Brest
17:00. Nant – Strasburq
19:05. Olimpik (Lion) – Monpelye
22:45. Trua – PSJ

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: