Liqa 1: Marsel “Olimpik”i Nantdan 1 xalla qayıtdı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 4-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Nant” doğma meydanda Marsel “Olimpik”i ilə üz-üzə gəlib. Hesabı qonaqlar açsa da, meydan sahibləri elə ilk hissədə buraxılan topun əvəzini çıxıb. Başqa qol qeydə alınmadığı üçün bu görüş bərabərliklə yekunlaşıb.

4-cü turun qalan oyunları şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
4-cü tur
1 sentyabr

Nant – Olimpik (Marsel) 1:1
Qollar: M.Məhəmməd, 39 – Sarr, 4.

2 sentyabr

19:00. Brest – Renn
23:00. Monako – Lans

3 sentyabr

15:00. Tuluza – Klermon
17:00. Havr – Loryan
17:00. Lill – Monpelye
17:00. Mets – Reyms
19:05. Nitsa – Strasburq
22:45. Olimpik (Lion) – PSJ

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: