Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
7 qolun qeydə alındığı “Mets” – “Monako” matçında knyazlıq təmsilçisi darmadağına sevinib.
“Olimpik” (Lion) – “Reyms” görüşündə isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
27-ci turun qalan qarşılaşmaları bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
27-ci tur
29 mart
Lill – Lans 2:1
Qollar: Jeqrova, 9; 60 – Vahi, 78.
30 mart
Mets – Monako 2:5
Qollar: Diallo, 78. Sane, 84 – Minamino, 4. Akliuşe, 10. Vanderson, 16. Baloqun, 76; 87.
Olimpik (Lion) – Reyms 1:1
Qollar: Nuama, 65 – Okumu, 55.
31 mart
15:00. Loryan – Brest
17:00. Klermon – Tuluza
17:00. Havr – Monpelye
17:00. Nitsa – Nant
19:05. Strasburq – Renn
22:45. Olimpik (Marsel) – PSJ