Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 16-cı turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Monako” doğma meydanda Lion “Olimpik”i ilə qarşılaşıb. Cari mövsümə çox uğursuz başlamış, sonuncu pillədə qərarlaşmış Lion təmsilçisi özündən fərqli uğurlu çıxış edən “knyazlıq” təmsilçisi ilə görüşdə sürprizə imza atmağı bacarıb. Sözügedən komanda matçın sonlarında vurduğu yeganə qol sayəsində “Monako”ya qalib gəlib. Bu qələbə sayəsində “Olimpik” sonuncu pilləni tərk edib.
16-cı turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
16-cı tur
15 dekabr
Monako – Olimpik (Lion) 0:1
Qol: Jeffinyo, 85.
16 dekabr
20:00. Havr – Nitsa
00:00. Lans – Reyms
17 dekabr
16:00. Nant – Brest
18:00. Loryan – Strasburq
18:00. Mets – Monpelye
18:00. Tuluza – Renn
20:05. Olimpik (Marsel) – Klermon
23:45. Lill – PSJ


