Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 6-cı turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Monako” doğma meydanda “Nitsa” ilə qarşılaşıb. Meydan sahiblərinin iki penaltini boşa verdiyi görüşdə qonaqlar son dəqiqə qolu ilə qalib gəliblər.
Turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.
Fransa, Liqa 1
6-cı tur
22 sentyabr
Monako – Nitsa 0:1
Qol: Boqa, 90+1.
23 sentyabr
19:00. Nant – Loryan
23:00. Brest – Olimpik (Lion)
24 sentyabr
15:00. Mets – Strasburq
17:00. Havr – Klermon
17:00. Lans – Tuluza
19:05. Monpelye – Renn
22:45. PSJ – Olimpik (Marsel)
26 sentyabr
23:00. Lill – Reyms


