Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 5-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha altı qarşılaşma baş tutub.
“Klermon” evdə “Nant”a, “Reyms” isə “Brest”ə məğlub olub. Günün qalan oyunları bərabərliklə yekunlaşıb. Belə ki, “Loryan” – “Monako” və “Strasburq” – “Monpelye” matçlarında komandalar hərəyə 2 qol vurub, 1 xal qazanıblar.
Marsel “Olimpik”inin “Tuluza”yla, Lion “Olimpik”inin də “Havr”la ev oyunları isə qolsuz yekunlaşıb.
Beləliklə, 5 turdan sonra 11 xala malik “Monako” vahid liderdir. “Brest” 10 xalla ikinci pillədə qərarlaşıb. “Nitsa” ilə Marsel “Olimpik”inin 9 xalı var. PSJ, “Lill” və “Mets” 8, “Renn”, “Reyms”, “Strasburq” 7, “Havr”, “Loryan” və “Tuluza” 6, “Monpelye” ilə “Nant” da 5 xal toplayıblar. Lion “Olimpik”i 2 xala 16-cı sırada qərarlaşıbsa, son iki pilləni cəmi 1 xalı olan “Klermon”la “Lans” tuturlar.
Fransa, Liqa 1
5-ci tur
15 sentyabr
PSJ – Nitsa 2:3
Qollar: Mbappe, 29; 87 – Moffi, 21; 69. Laborde, 53.
16 sentyabr
Renn – Lill 2:2
Qollar: Assinyon, 74. Salah, 89 – Yoro, 33. Diakite, 62.
Lans – Mets 0:1
Qol: Asoro, 37.
17 sentyabr
Loryan – Monako 2:2
Qollar: Tosin, 2. Favr, 90+7 – Qolovin, 17. Baloqun, 69.
Klermon – Nant 0:1
Qol: Simon, 48.
Reyms – Brest 1:2
Qollar: Riçardson, 19 – M.Kamara, 50. Melu, 56.
Strasburq – Monpelye 2:2
Qollar: Lekomt, 63-öz qapısına. Motiba, 69 – Xazri, 35. Nordin, 40.
Olimpik (Marsel) – Tuluza 0:0
Olimpik (Lion) – Havr 0:0


