Liqa 1: “Monako”dan “Lans”a 3 cavabsız qol

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

“Brest” – “Renn” matçında qapılara qol vurulmayıb. “Monako” isə doğma meydanda “Lans”a 3 cavabsız qolla qalib gəlib.

4-cü turun qalan oyunları bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
4-cü tur
1 sentyabr

Nant – Olimpik (Marsel) 1:1
Qollar: M.Məhəmməd, 39 – Sarr, 4.

2 sentyabr

Brest – Renn 0:0

Monako – Lans 3:0
Qollar: Sinqo, 24. Qolovin, 36. Maripan, 59.

3 sentyabr

15:00. Tuluza – Klermon
17:00. Havr – Loryan
17:00. Lill – Monpelye
17:00. Mets – Reyms
19:05. Nitsa – Strasburq
22:45. Olimpik (Lion) – PSJ

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: