Liqa 1: “Monako”ya “Renn”lə matçda 1 qol bəs etdi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 28-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.

“Reyms” – “Nitsa” və “Tuluza” – “Strasburq” matçlarında qapılara qol vurulmayıb.

“Monpelye” “Loryan”la ev oyununda inamlı qələbəyə sevinibsə, “Monako” “Renn”i tək qolla üstələyib. Yeddi qolun vurulduğu “Brest” – “Mets” matçında da meydan sahibləri seviniblər.

“Nant” isə doğma meydanda Lion “Olimpik”inə uduzub.

Beləliklə, 28 turdan sonra 63 xala malik PSJ vahid liderdir. “Brest” 53 xalla 2-ci, “Monako” 52 xalla 3-cü pillədə qərarlaşıb. “Lill” 49, “Nitsa” 44, “Lans” 43, “Reyms” 40, Marsel “Olimpik”i ilə “Renn” 39, Lion “Olimpik”i 38, “Tuluza” və “Strasburq” 33, “Monpelye” isə 32 xal toplayıb.

Fransa, Liqa 1
28-ci tur

5 aprel

Lill – Olimpik (Marsel) 3:1
Qollar: David, 54-pen. Kabelya, 71. Qudmundsson, 84 – İsmaili, 81-öz qapısına.

6 aprel

Lans – Havr 1:1
Qollar: Frankovski, 58 – Sabbi, 78-pen.

PSJ – Klermon 1:1
Qollar: Q.Ramos, 85 – Keyta, 32.

7 aprel

Brest – Mets 4:3
Qollar: Şardonne, 12. Dumbiya, 31. Munye, 38. Satriano, 60 – Traore, 6. Mikautadze, 7; 80.

Monpelye – Loryan 2:0
Qollar: Savanye, 55-pen. Karamo, 90.

Reyms – Nitsa 0:0

Tuluza – Strasburq 0:0

Monako – Renn 1:0
Qol: Akluşe, 25.

Nant – Olimpik (Lion) 1:3
Qollar: Ablin, 16 – Lakazette, 75. Fofana, 77. Orban, 90+7.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: