Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 12-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Monpelye” “Nitsa”nı qəbul edib. Tərəflər bu oyundan qolsuz heç-heçə ilə ayrılıblar.
12-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək. “Brest” – “Strasburq” oyunu isə dekabrın 7-də keçiriləcək.
Fransa, Liqa 1
12-ci tur
10 noyabr
Monpelye – Nitsa 0:0
11 noyabr
20:00. Reyms – PSJ
00:00. Havr – Monako
12 noyabr
18:00. Klermon – Loryan
18:00. Lill – Tuluza
18:00. Mets – Nant
20:05. Renn – Olimpik (Lion)
23:45. Lans – Olimpik (Marsel)


