Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş baş tutub.
Səkkiz qolun qeydə alındığı “Nant” – “Loryan” matçında meydan sahiləri inamlı qələbəyə seviniblər.
“Brest” isə Lion “Olimpik”i ilə ev oyununda 3 xalı tək qolla qazanıb.
Turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.
Fransa, Liqa 1
6-cı tur
22 sentyabr
Monako – Nitsa 0:1
Qol: Boqa, 90+1.
23 sentyabr
Nant – Loryan 5:3
Qollar: Abline, 42. E.Comer, 46. M.Məhəmmədov, 55. Molle, 83. Simon, 90+8-pen – Krupi, 6. Favr, 75. Tosin, 85.
Brest – Olimpik (Lion) 1:0
Qol: Munye, 87.
24 sentyabr
15:00. Mets – Strasburq
17:00. Havr – Klermon
17:00. Lans – Tuluza
19:05. Monpelye – Renn
22:45. PSJ – Olimpik (Marsel)
26 sentyabr
23:00. Lill – Reyms


