Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 8-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Strasburq” doğma meydanda “Nant”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı qarşılaşma qonaq komandanın qələbəsiylə yekunlaşıb.
Turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
8-ci tur
6 oktyabr
Strasburq – Nant 1:2
Qollar: Dion, 90+2 – Koko, 50. Mutussami, 57.
7 oktyabr
19:00. Mets – Nitsa
23:00. Reyms – Monako
8 oktyabr
15:00. Olimpik (Marsel) – Havr
17:00. Brest – Tuluza
17:00. Olimpik (Lion) – Loryan
17:00. Monpelye – Klermon
19:05. Lans – Lill
22:45. Renn – PSJ


